close

Вход

Забыли?

вход по аккаунту

?

22 BAXIŞ TAKTİKASI

код для вставки
P L A N:
1. Baxışın anlayışı və növləri
2. Baxışa hazırlıq
3. Baxışın taktiki üsulları
4. Baxışın nəticələrinin rəsmiləşdirilməsi
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:
1. Kriminalistika Ali məktəblər üçün dərslik / K.Q.Sarıcalinskayanın redaktəsi ilə. Bakı: Hüquq
Ədəbiyyatı, 1999
2. Баев О.Я.Тактика уголовного преследования и профессиональной зашиты от него. М., 2003.
3. Бастрыкин А.И. Криминалистика. Том 1. М., Экзамен, 2014
4. Бастрыкин А.И. Криминалистика. Том 2. М., Экзамен, 2014
5. Григорьев В.Н.,Победкин А.В.,Яшин В.Н.,Гаврилин Ю.В. Справочник следователя.М., 2008
6. Еникеевa М.И., Черных Э.А. Психология осмотра места происшествия. М., 1994
7. Ишенко Е.П., Егоров Н.Н.Криминалистика для следователей и дознавателей. М., 2010
8. Ищенко Е.П., Егоров Н.Н., Жижина М.В., Корма В.Д. Криминалистика. М., Изд-во Проспект,
2015
9. Криминалистика. Под ред. Н.П.Яблокова. М., 2005
10. Курс криминалистики.Т.1. Под ред.Коршуновой О.Н., Степанова А.А.М., 2004
11. Осмотр места происшествия. Под ред. А.И.Дворкина. М., 2000
12. Руководство по расследованию преступлений.Под ред.А.В.Гриненко.М., 2008
13. Следственные действия. Под ред. В.А.Образцова. М., 2001
14. Францифоров Ю.В., Смушкин А.В., Рождествина А.А. Криминалистика. M, 2015
Sual 1
Baxışın anlayışı və növləri
İstintaq baxışı – müstəntiq tərəfindən tək və ya qanunda nəzərdə tutulmuş
şəxslərin köməyilə cinayət işi üçün sübuti əhəmiyyət kəsb edən maddi
obyektlərin, onların əlamətlərinin, xüsusiyyətlərinin və vəziyyətlərinin bilavasitə
qavranılması və tədqiqi vasitəsilə aparılan prosessual hərəkətlərin
məcmusundan ibarətdir.
Bu istintaq hərəkətinin məqsəd və
vəzifələri Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində öz
əksini tapmışdır. CPM-nin 2 3 6 -cı
maddəsinə müvafiq olaraq, baxış
cinayət izlərinin, sübut mənbəyi ola
biləcək digər maddi obyektlərin aşkar
edilməsi, cinayətin törədilmə hallarının
və iş üçün əhəmiyyətli olan halların
müəyyən edilməsi məqsədilə aparılır.
İstintaq baxışının növləri
Ardıcıllığına görə
• İlkin baxış
• Təkrar baxış
Həcminə görə
• Əsas baxış
• Əlavə baxış
Obyektlərinə görə
•
•
•
•
Hadisə yerinə baxış
Sənədlərə baxış
Əşyalara baxış
İnsan meyitinə
baxış
• Heyvan cəsədinə
baxış
• Binalara baxış
• Şəxsi müayinə
Sənədlərə baxış bir qayda olaraq, həmin sənədlərdəki
saxtakarlıq əlamətlərinin aşkar edilməsi məqsədilə aparılır və lazım
gəldiyi hallarda həmin sənədlər ekspertiza təyin olunması üçün
götürülür.
Müstəntiq maddi sübut əhəmiyyətli sənədlərə baxış keçirərkən
sənədin həqiqiliyini aydınlaşdırmaq məqsədilə mümkün olan
vasitələrdən istifadə etməlidir. Bu zaman o, sənədin məzmununu,
təyinatını, icra üsulunu, formasını, materialını və ayrı-ayrı hissələrini
(imzanı, möhür və ştamp əkslərini və s.) öyrənməlidir.
Predmetlərə baxış bir qayda olaraq, başqa istintaq hərəkətlərinin
aparılması zamanı həyata keçirilir. Lakin müstəqil icrası mümkün olan hallara da
rast gəlmək olar. Məsələn: şəxsin haqqında ifadə verdiyi hər hansı bir alətə baxış
keçirilməsi və götürülməsi.
Predmetə baxış onun ümumi görünüşünün öyrənilməsi ilə başlanır.
Baxış prosesində predmetin həm ümumi, həm də xüsusi əlamətləri
aydınlaşdırılır. Baxış zamanı predmetin təyinatından asılı olaraq onun
cinayətin törədilməsində hansı məqsədlə istifadə edilməsinin və hadisə
ilə əlaqəsinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilməlidir.
İnsan meyitinə baxış
Hadisə yerində meyitə baxış
Ekshumasiya, yəni meyitin
qəbirdən çıxarılması
Hadisə yerində meyitə baxış cinayət barədə
məlumatlar əldə etmək üçün xüsusi əhəmiyyət
kəsb edir və ölümün səbəbini, baş vermə
vaxtını, cinayətin edilmə üsulunu və s. bu kimi
halların müəyyənləşdirilməsinə kömək edir.
Ekshumasiya isə istintaq baxışının müstəqil
forması olub, yalnız məhkəmə qərarı əsasında
və qanunla nəzərdə tutulmuş qaydada həyata
keçirilə bilər (AR CPM-nin 237-ci maddəsi).
Yaşayış yerinə, xidməti və istehsalat binalarına baxış
o zaman aparılır ki, həmin bina bilavasitə cinayət
və hadisə yeri olmasalar da, onlara baxış
keçirməklə iş üçün sübuti əhəmiyyətli hallar aşkar
edilə bilər. Baxışın bu növü də məhkəmə qərarı
əsasında həyata keçirilir (AR CPM-nin 243.3.-cü və
177.2.-177.6.-cı maddələri).
Şəxsi müayinədə obyekt qismində canlı şəxslər çıxış
edir. Məhz buna görə də insan və vətəndaş hüquq
və azadlıqlarının pozulmaması məqsədilə
qanunverici şəxsi
müayinəyə dair konkret qaydalar
müəyyənləşdirmişdir. Bütün bu qaydalar AR CPMnin 238-ci maddəsində öz əksini tapmışdır.
Hadisə yerinə baxışın səciyyəvi xüsusiyyətləri:
Birincisi, hadisə yerinə baxış təxirəsalınmaz istintaq hərəkətidir. Belə ki, cinayət-prosessual
qanunvericiliyə uyğun olaraq, istintaq hərəkətlərindən yalnız hadisə yerinə baxış cinayət işi
başlama haqqında qərar qəbul olunana qədər həyata keçirilə bilər.
İkincisi, hadisə yerinə baxışın aparılmasında azı 2 hal şahidinin iştirakı məcburi xarakter
daşıyır (AR CPM-nin 236.3.-cü maddəsi).
Üçüncüsü, hadisə yerinə baxış sübutların əldə edilməsinin ən yaxşı vasitələrindən biridir.
Belə ki, bu istintaq hərəkətinin vəzifələri bilavasitə cinayətin kriminalistik
xarakteristikasının elementlərinin müəyyən olunmasına xidmət edir. Məhz hadisə yerində
qalmış izlərə əsasən cinayətin edilmə vaxtı, üsulu, şəraiti, iştirakçıların sayı, cinayətkarın
şəxsiyyəti barədə müəyyən fərziyyələrin irəli sürülməsi mümkün olur.
Hadisə yerinə baxışın səciyyəvi xüsusiyyətləri:
Dördüncüsü, hadisə yerinə baxış əvəzedilməz istintaq hərəkətlərindən biridir. Çünki bu
istintaq hərəkətini aparan müstəntiq hadisə yerinin vəziyyəti ilə bilavasitə tanış olur və
qarşıya çıxan faktları ətraflı öyrənmək imkanına malik olur. Bundan əlavə, başqa istintaq
hərəkətləri zamanı buraxılan nöqsanları bir çox hallarda həmin istintaq hərəkətlərinin
təkrar aparılması vasitəsilə aradan qaldırmaq mümkündür.
Lakin hadisə yerinə baxış zamanı buraxılan nöqsanları
aradan qaldırmaq çətin olur, ya da heç mümkün olmur.
buraxılmış
nöqsanların
aradan
qaldırılması
Hadisə yerinə baxışdan danışarkən,
“hadisə yeri” və “cinayət yeri”
anlayışlarına da nəzər yetirmək lazımdır.
Hadisə yeri hələ cinayətin törədilmə yeri demək deyil. Məsələn,
hər hansı bir yerdə meyitin tapılması həmin insanın məhz orada
öldürüldüyü anlamına gətirməməlidir. Şəxs başqa yerdə
öldürülüb, tapıldığı yerə, yəni hadisə yerinə gətirilə bilər. Bu
mənada “hadisə yeri” ilə “cinayət yeri” üst-üstə düşə bilər və ya
əksinə.
Hadisə yerinə baxışın keçirilməsi zamanı müəyyən taktiki qaydalara riayət
olunmalıdır:
 Operativliyə riayət olunmalıdır, yəni baxışın aparılmasının gecikdirilməsinə yol
verilməməlidir. AR CPM-nin 236.2.-ci maddəsinə görə, hadisə yerinin təxirəsalınmadan
baxışı istisna olmaqla, baxış gündüz vaxtı aparılır.
 Hadisə yerinə baxış tam, obyektiv, mütəşəkkil surətdə və planauyğun aparılmalıdır.
 Baxışın aparılması zamanı kriminalistik texniki və taktiki üsul və vasitələrdən
məharətlə istifadə olunmalıdır.
Baxış istintaq hərəkəti taktiki baxımdan üş əsas mərhələdən ibarətdir:
Hazırlıq mərhələsi
İşçi mərhələ
Nəticə (rəsmiləşdirmə)
mərhələsi
Sual 2
Baxışa hazırlıq
Baxışın aparılmasının keyfiyyəti və nəticələri bir çox hallarda aparılan
hazırlıq mərhələsindən asılı olur.
Hazırlıq mərhələsi özü də iki mərhələyə ayrılır:
1. Hadisə yerinin toxunulmazlığını təmin etmək üçün
tədbirlərin görülməsi
Cinayət haqqında məlumat alınan kimi təxirəsalınmaz qaydada hadisə yerinə baxış
keçirilməlidir. Lakin müstəntiq həmin yerə gələnədək müəyyən vaxt keçir və bu vaxt
ərzində həmin hadisə yerində şəraitin dəyişdirilməsi və izlərin məhv edilməsi qaçılmazdır.
Belə halların qarşısını almaq məqsədilə müstəntiq hadisə yerinin toxunulmazlığının təcili
təmin edilməsi üçün təhqiqat orqanına tapşırıq verməlidir.
2. Baxış zamanı tətbiq ediləcək elmi-texniki vasitələrin
hazırlanması
Bu zaman bir qayda olaraq, hadisə yerindəki izlərin aşkar edilib götürülməsi üçün istifadə
olunan istintaq çemodanı nəzərdən keçirilir və onun içindəki vasitələrin yararlılığı
müəyyənləşdirilir.
3. Baxışın iştirakçılarının dairəsinin müəyyənləşdirilməsi
Bu zaman birinci növbədə, baxışın aparılmasında iştirak edəcək hal şahidlərinin dairəsi
müəyyənləşdirilir. Bununla yanaşı, bir çox hallarda baxışın aparılması zamanı xüsusi
biliklərlə bağlı sualların aydınlaşdırılması üçün mütəxəssisin iştirakı zərurəti yaranır. Belə
hallarda hazırlıq zamanı mütəxəssisin dəvət olunması məsələsi həll olunur. Eyni zamanda,
qanunun tələb etdiyi hallarda müdafiəçinin iştirakı da təmin olunmalıdır
(AR CPM-nin 236.3.-cü maddəsi).
Birinci növbədə, zərərçəkmiş olduğu halda ona yardım göstərilməsi və kənar şəxslərin
hadisə yerindən uzaqlaşdırılması icra olunmalıdır. Bundan sonra, müstəntiq hadisə
haqqında ilkin məlumatları toplamalı və baxış keçiriləcək yerin sərhədlərini və baxışın
aparılma metodunu müəyyənləşdirməlidir. Hadisə haqqında tam və dəqiq məlumat əldə
edilməsi aparılan baxışın daha keyfiyyətli başa çatdırılmasına zəmin yaradır. Adətən, bu
məlumatlar hadisə yerinə ilk dəfə gəlmiş polis işçilərindən, ərazisində hadisə baş vermiş
təşkilatın vəzifəli şəxslərindən, habelə hadisənin şahidlərindən və zərərçəkmişdən alına
bilər.
Lazım olan ilkin məlumatlar toplandıqdan sonra müstəntiq iştirakçılara hüquq və
vəzifələrini izah edir, onları təlimatlandırır və baxışın ardıcıllığını müəyyənləşdirmək
məqsədilə hadisə yerini ümumi gözdən keçirir. Bununla da, hadisə yerinə baxış istintaq
hərəkətinin ikinci, yəni işçi mərhələsi başlanır.
Sual 3
Baxışın taktiki üsulları
Təcrübədə hadisə yerinə baxışın üç usulundan
istifadə olunur:
1
2
3
• Konsentrik – kənardan mərkəzə doğru. Bu zaman
(periferiyadan) hadisə yerinin mərkəzinə doğru aparılır.
baxış
kənardan
• Eksentrik – mərkəzdən kənara doğru. Bu üsulda isə əksinə baxışın istiqaməti
mərkəzdən kənara (periferiyaya) istiqamətlənmiş olur.
• Frontal – hissə-hissə. Frontal baxış hadisə yeri böyük olan yerlərdə həyata
keçirilir. Bu zaman baxış keçirilən ərazi ya bir xətt üzrə uzununa zolaqlarla, ya
da şəbəkə şəklində bölünür. Bölgü elə aparılır ki, hər zolaq üzrə hərəkət edən
müstəntiq bütün zolağı tədqiq edə bilsin.
Statik baxış
• Statik baxış zamanı hadisə yerinin
vəziyyətində heç bir dəyişiklik
aparılmır. Hadisə yeri ümumi
gözdən keçirilir, istiqamətləndirici
və icmal fotoşəkillər çəkilir.
Dinamik baxış
• Hadisə yerinin vəziyyəti qeyd
olunduqdan sonra dinamik baxış
başlanır. Dinamik baxış zamanı
obyektlərə ətraflı baxış keçirilir.
Üzərində iz qalmış obyektlər,
yaxud obyektlərin iz qalmış
hissələri götürülür və qablaşdırılır.
Bu zaman hadisə yerinin mərkəz və
müfəssəl fotoşəkilləri çəkilir.
Sual 4
Baxışın nəticələrinin rəsmiləşdirilməsi
Hadisə yerinə baxış protokolunun tərtibi zamanı aşağıdakı qaydalara riayət olunmalıdır:
 Protokolun mətni aydın və anlaşılan dildə yazılmalıdır;
 Təkrara yol verilməməli, təsvir olunan hallar yığcam şəkildə göstərilməlidir;
 Hadisə yerinin təsviri ümumidən xüsusiyə doğru getməlidir;
 Bütün predmetlərin adı göstərilməli və ardıcıllığa riayət olunmalıdır. Bir predmetin tam
təsviri verildikdən sonra başqa predmetin təsvirinə keçilməlidir;
 Bir predmetin adı müxtəlif adlarla göstərilməməlidir;
 Predmetlər nömrələnməlidir və onlar arasında məsafə dəqiq göstərilməlidir;
 Protokolda qeyri-müəyyən sözlər işlədilməməlidir (məsələn, sağda, solda və s.).
Hadisə yerinə baxış protokolunun məzmunu cinayət-prosessual qanunvericilikdə müəyyən
olunmuşdur və üç hissədən ibarətdir:
Giriş hissədə aşağıdakı ümumi
məlumatlar öz əksini tapır: baxışın
aparıldığı vaxt, tarix və yer;
müstəntiqin soyadı, adı və atasının
adı, vəzifəsi; baxışda iştirak edən
şəxslərin soyadı, adı, atasının adı,
habelə onların doğulduğu il, ay,
gün və yer, vətəndaşlığı, təhsili, iş
yeri, məşğuliyyət növü və ya
vəzifəsi, faktiki yaşadıqları və
qeydiyyatda olduqları yer; hal
şahidlərindən hər birinin şübhəli,
təqsirləndirilən və zərər çəkmiş
şəxslə qarşılıqlı münasibətləri
barədə məlumatlar və onlara
hüquqlarının, vəzifələrinin və
məsuliyyətinin izah edilməsi
haqqında qeyd (yalnız hadisə
yerinin baxışında hal şahidlərinin
iştirak etdiyi halda).
Təsviri hissədə
hadisə yerinin
vəziyyəti müfəssəl
formada təsvir olunur.
Müşahidə edilmə
ardıcıllığı ilə baxış
zamanı bütün aşkar
olunanlar təsviri
hissədə öz əksini tapır.
Nəticə hissədə
hadisə yerindən
götürülmüş predmet və
izlərin siyahısı,
aparılmış foto, video
və kinoçəkilişlə bağlı
qeydlər nəzərdə
tutulur.
Hadisə yerinə baxışın nəticələrinin rəsmiləşdirilməsi zamanı tərtib
olunan protokolla yanaşı, çəkilmiş foto, video və kino çəkilişlər,
eləcə də plan-sxemlər xüsusi əhəmiyyətə malikdir. Müasir
texnologiyanın inkişafı imkan verir ki, hadisə yerinə baxış zamanı
şəkilçəkmədə “Google Planet”, “Google Earth”, Google Map” və
sair bu kimi proqramlardan istifadə etməklə daha dəqiq
məlumatlar əldə edilsin. Bundan əlavə, plan-sxemlərin tərtibində
3D və sair yeni proqramların isifadəsi hadisə yerinin sxeminin tez
bir zamanda yaradılmasına şərait yaradır.
Hadisə yerinin planının bir prosessual sənəd kimi əhəmiyyətini
təmin etmək üçün onun rəsmiləşdirilməsi zəruridir. Baxış protokolu
kimi tərtib olunmuş plan da müstəntiq, hal şahidləri və digər
iştirakçılar tərəfindən imzalanmalıdır.
Planın tərtib olunması zamanı miqyas kiçiltmələrindən istifadə
olunur ki, bu da planda əks etdirilən obyektlərin həqiqi ölçüsü
haqqında əyani təsəvvür yaranmasına imkan verir.
Planda əşyalar müvafiq ardıcıllıqla nömrələnir. Həcmcə kiçik olan
maddi sübutlar və izlər isə bir qayda olaraq şərti işarələrlə əks
etdirilir.
Planların açıq, qapalı və sxematik növləri fərqləndirilir.
Документ
Категория
Наука
Просмотров
46
Размер файла
10 638 Кб
Теги
gulnaz rzayeva, taktikasi
1/--страниц
Пожаловаться на содержимое документа