close

Вход

Забыли?

вход по аккаунту

?

Qəbul olunan sənədlər

код для вставкиСкачать
Azərbaycan Dövlət Mədəniyyət Ve Incəsənət Universiteti
Magistr pilləsi
Sərbəst mövzular
1. Mirəli Mirqasimovun yaradiciliği
2. Azərbaycan baletinin ilk balerinasi-Qəmər Almaszadə
3. Dünya azərbaycanlilarinin birinci qurultayi Magistr: Mehtiyeva Şəlalə - I kurs Ixtisas: "Muzeyşünasliq"
1. Mirəli Mirqasimovun yaradiciliği
Heykəltəraşlıq - təsviri sənətin növlərindən biridir. Heykəltəraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli formada yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəltəraşlığın bugünkü mənzərəsinin yaranmasında Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltəraşlıq sənətinə yiyələnmələri böyük rol oynayıb. Azərbaycan heykəltəraşlarının bir araya gətirilməsi və onların bir təşkilat ətrafında birləşdirilməsi Sovet dövrünün payına düşüb. Lakin bundan qabaq da Azərbaycanda plastika sənətinin biliciləri olmuşdur. Son illərin araşdırmaları sübut edir ki, 1920-ci ilə qədər də Azərbaycanda heykəltəraşlıq əsərləri yaradılıb. Bu nümunələr həm xalq sənətkarları, həm də Rusiyada və Avropada təhsil almış peşəkar heykəltəraşlar, sənətşünaslar tərəfindən hazırlanıb. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə də hələlik adları məlum olmayan heykəltəraşlar fəaliyyət göstəriblər. Qısa müddətdə fəaliyyət göstərmiş AXC-də bütün layihələrin həyata keçirilə bilməməsi səbəbindən nə əsərlərin özü, nə də müəlliflər barədə dəqiq məlumatlar yoxdur. Lakin bu layihələrin mövcudluğu haqqında mənbələrdə kifayət qədər informasiyalar gedib. Məsələn, dövlət gerbinin, bir sıra orden və medalların hazırlanmasında ilk peşəkar heykəltəraş Zeynal Əlizadənin fəal iştirakı olub. Azərbaycan müasir peşəkar heykəltəraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltəraşlıq kadrları yetişmişdir. 1920-30-cu illərdə ilk azərbaycanlı heykəltəraşlardan İbrahim Quliyev, eləcə də Azərbaycanda yaşayan Yelizaveta Tripolskaya, Pinxos Sabsay və b. heykəltəraşların iştirakı ilə Bakıda heykəllər qoyulmağa başladı. Heykəllər əsasən 2 növə ayrılır: Həcmli və ya dəyirmi heykəllər; relyef heykəllər. Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digər materaillar. Ənənəvi materiallarla yanaşı, müasir heykəltəraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var. Ümumilikdə, heykəltəraşlıq sənətinin 3 sahəsi məlumdur.
1. Monumental
2. Dekorativ
3. Dəzgah heykəltaraşlığı
Heykəltəraşlığın ən ibtidai forması - daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltəraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da heykəltəraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Azərbaycanın görkəmli heykəltəraşı, böyük bir ziyalılar şəcərəsinin layiqli davamçısı Mirəli Mirəsədulla oğlu Mirqasımov əsl insan və gözəl şəxsiyyət idi. Mirəlinin böyüklüyü və insanlığı özünü bir tərəfdən göstərsə də bu, ilk növbədə, onun yaradıcılığında - kiçikli-böyüklü bütün əsərlərində əksini tapmışdır. Mirəli dünyaya sevgiylə, məhəbbətlə, işıqlı gözlə baxmağı bacaran nikbin insanlardan idi. Ona görə də o, digərlərində də bu həyat eşqini və gözəllikləri görməyi arzulayırdı. Məhz bu axtarışlarla da, əsərlərində canlandırmaq istədiyi obrazları da öz gözləri ilə gördüyü kimi, xəyalında təsəvvür etdiyi kimi aydın və işıqlı yaratmağa çalışırdı. Çətin, ağır və iztirablı həyat yolu keçən Mirəli müəllim həyatın bütün sınaqlarından üzüağ çıxıb. O, şəxsi həyatında və yaradıcılığında bir çox məhrumiyyətlərlə qarşılaşıb. Lakin möhkəm iradəsi, həyata inamlı baxışı və doğma insanların ona olan qayğısı ilə bütün bu maneələri dəf etməyə qadir olub. Ağır xəstəliyin üzüntüləri, üzləşdiyi məmur bürokratiyası, süni əngəllər və bir çox yoldaşlarının qısqanclığı üzündən yaranmış acı mənzərə belə onu həyat idealından döndərə bilməmişdir.
Geniş dünyagörüşlü, yüksək intellektual səviyyəli, qədim milli mədəniyyətə bağlı və prinsipial, obyektiv bir insan olan Mirəlini Rəssamlar İttifaqının rəhbər orqanlarına yaxın buraxmırdılar. Mirəlinin bədxahları ona yalnız rayonlarda işləməyə imkan verirdilər. Buna görə də bir çox əsərlər layihələrdə və eskizlərdə, həyata keçməmiş, yaratdığı əsərlər isə uzun müddət emalatxanalarda qalırdı. 1959-cu ildə hazırlanan Cəlil Məmmədquluzadənin heykəli 1974-cü ildə qoyuldu. Azərbaycanın tanınmış elm xadimi, akademik M.M.Mirqasımovun qəbirüstü abidəsi isə 42 ildən sonra işıq üzü gördü. Müsabiqədən uğurla keçən C.Cabbarlının heykəli yalnız 22 ildən sonra Heydər Əliyevin müdaxiləsindən sonra ucaldıldı. Mirəli deyirdi: "Həyatımda mənə həmişə kömək edən yeganə insan Heydər Əliyev olmuşdur".
Mirəli deyirdi ki, hər istedadlı heykəltəraş heykəl ucalda bilməz. Heykəl yaratmaq üçün miqyası düzgün seçmək, məkanın memarlığını və peyzajını nəzərə almaq, geniş təcrübəyə malik olmaq lazımdır. Mirəli Neft və Kimya Akademiyası, Sabunçu və dəmiryolu vağzalının binalarının damından 100 metrlik iplərlə miqyası özü ölçürdü. Bakı Sovetində saxlanılan çertyojlarla razılaşmırdı. Bir dəfə Mərkəzi Komitədə məmurlardan biri ona deyəndə ki, heykəl 5 metr olmalıdır, Mirəli demişdi: "Sizin çox böyük vəzifəniz var, amma sənətkar kimi mən necə lazım bilirəmsə, elə də olacaq". Bu söhbətdən sonra Mirəli infarktqabağı vəziyyətdə xəstəxanaya çatdırıldı. Mən Mirəliyə deyəndə ki, nə desələr razı ol, o cavab verirdi: "Mən Cəfəri gülünc edə bilmərəm. Mən 10 il tez, 10 il gec ölə bilərəm. Heykəl isə xalqındır. Ona baxıb xalqın tarixini, mədəniyyətini yaşadırlar".
Heykəltəraş 1944-cü ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1950-ci ildə İ.Repin adına Leninqrad Boyakarlıq, Heykətləraşlıq və Memarlıq İnstitutunu bitirib. Ən məşhur əsərləri sırasında Mirzə Ələkbər Sabirin büstü (gips, 1947, Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır), "Uxuru" heykəli ("Azadlıq", gips, 1961, Azərbaycan Dövlət Şəkil Qalereyasında), Xəzri (gips, 1970, Azərbaycan Dövlət Şəkil Qalereyasıda) adlarını qeyd etmək olar. Monumental işlərindən Leninin (tunc, qranit 1957), Cəlil Məmmədquluzadənin (tunc, 1974, Naxçıvan), Cəfər Cabbarlının (qranit, 1982, Bakı) abidələri, Nəriman Nərimanovun büstü (tunc-qranit 1964, Sumqayıtda) fərqlənir.
Mirələsgər Mirqasımov Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1962) adını alıb. 2. Azərbaycan baletinin ilk balerinasi-Qəmər Almaszadə
Balet - (fransız sözü "balleto"dan götürülüb, mənası - "rəqs edirəm" deməkdir) səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsidir. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir.
Azərbaycanda balet sənətinin tarixi görkəmli bəstəkar Əfrasiyab Bədəlbəylinin 1940-cı ildə səhnələşdirilən "Qız qalası" baleti başlayır. Həmin tarixdən başlayaraq indiyə qədər azərbaycanlı bəstəkarların 29 balet əsəri səhnələşdirilmişdir. Bu əsərlərdən bəziləri (məsələn, "Yeddi gözəl" baleti) ayrı-ayrı dövrlərdə müxtəlif quruluşlarda ekranlaşdırılmışdır. Bəzi baletlər isə televiziyanın arxivində fraqmentlər şəklində saxlanılır.
Azərbaycan baleti - Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən - Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 20-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. 1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır. Sonralar teatrın repertuarı "Gülşən" (1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q.Qarayev), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov),Qaraca qız"(1965,E.Abbasov), "Min bir gecə" (1979, Fikrət Əmirov), "Babək" (1986, Aqşin Əlizadə), "Ağ və qara" (2000, Xəyyam Mirzəzadə), "Eşq və ölüm" (2005, P. Bülbüloğlu) və s . əsərlərlə zənginləşmişdi.. Görkəmli balet ustası, SSRİ xalq artisti, Qəmər Hacağa qızı Almaszadə 1915-ci il martın 10-da Bakı şəhərində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1929-cu ildən başlamış və 1932-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında balet artisti kimi çalışmışdır.Uşaqlıqda baletlə məşqul olan dostu onda bu sənətə maraq oyandırdı. Mühafizəkar müsəlman atasından gizli olaraq Almaszadə dostunun məsləhəti ilə özəl balet studiosuna yazıldı (daha sonra studio Bakı Xoreoqrafiya Məktəbinə çevrilmişdi). Atasına baletlə yox, idmanla məşqul olduğunu inandırmışdı. Lakin bir neçə ildən sonra sirrin üstü açıldı. Qəmərin atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlirdi və qızının çıxışlarında tamaşaçılar arasında tez- tez görünürdü.
1930- cu ildə Qəmər Almaszadə Xoreoqrafiya Məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır. Bu arada həmçinin ali pedaqoji məktəbinə də daxil oldu. 1932- də Reynhold Qlierin "Şahsənəm" operasında ikinci dərəcəli rola seçildi. 1933- də indiki Sankt- PeterburqdaLeninqrad Xoreoqrafiya Məktəbinə daxil olur və orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyurdu. 1936-da ali məktəbi bitirib Bakıya qayıtdı. 1937- də Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının əsasını qoydu.Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplamışdır. 1939- da Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini dedi. Daha sonra həmin məktəbin direktoru oldu. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk professional çıxışını etdi. SonralarFransada, Hindistanda, Nepalda da çıxış etmişdir. 1970-da Bağdada İraq Xalq Rəqsləri ansamblını qurmaq üçün dəvət olunmuşdu. 1950-ci illərdə baleti tərk etsə də, 1990- ci illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışmışdır.
O, 1932-33-cü illərdə Moskvada Bolşoy Teatr nəzdindəki xoreoqrafiya məktəbində oxumuş, sonralar isə xoreoqrafiya təhsilini Leninqradda (indiki Sankt-Peterburq) davam etdirmişdir.
Təhsilini tamamlayaraq Bakıya qayıdan Qəmər xanım ömrünün sonunadək həyatını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlamışdır.O, səhnə fəaliyyətini başa vurduqdan sonra burada baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləmişdir.İlk peşəkar Azərbaycan balerinası olan Qəmər xanım Almaszadə milli balet məktəbinin yaranmasında və inkişafında müstəsna rol oynamışdır.
O, Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsindəki uğurlarının təməlini qoymuş, musiqi mədəniyyətimizdə yeni janrın meydana çıxmasına güclü təkan vermişdir. Milli baletimizin təşəkkülündə böyük xidmətlər göstərmiş sənətkarın ifa etdiyi partiyalar təkrarolunmazlığı və yüksək peşəkarlıq səviyyəsinə görə əsil sənət inciləri hesab olunur.Balerinanın Azərbaycan səhnəsində dünya klassiklərinin şah əsərlərində canlandırdığı rəngarəng, dolğun obrazlar ona şöhrət gətirmişdir.
Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bir çox əsərin uğuru məhz Qəmər Almaszadənin verdiyi quruluşla bağlı olmuşdur. Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin ahəngdar vəhdətini yarada bilmişdir. Qəmər Almaszadə Azərbaycan Dövlət Filarmoniyasında rəqs ansamblının təşkilatçısı və bədii rəhbəri olmuşdur.
Qəmər Almaszadə uzun illər Bakı Xoreoqrafiya Məktəbində milli kadrların hazırlanması üçün böyük əmək sərf etmiş, Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Onun yetirməsi olan bir çox balet artisti sənət aləminin yüksək pillələrinə qalxmış, bu sənətin inkişafına töhfələr vermişlər.
Qəmər xanım ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini uğurla təmsil etmişdir.O, bir sıra Şərq ölkələrində professional rəqs ansambllarının təşkil edilməsi üçün təcrübə və bacarığını əsirgəməmişdir.
Qəmər Almaszadə respublikamızın ictimai həyatında yaxından iştirak etmiş, Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Görkəmli balet ustasının keçdiyi parlaq və şərəfli sənət yolu daim yüksək qiymətləndirilmişdir. O, SSRİ Dövlət mükafatı laureatı olmuş, bir sıra orden və medallara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Qəmər Almaszadə 2006-cı il aprelin 7-də ömrünün 92-ci ilində vəfat etmişdir.
3. Dünya azərbaycanlilarinin birinci qurultayi Azərbaycan Respublikası Prezidentinin 20 mart 2001-ci il tarixi fərmanı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümünə həsr edilən tədbirlər planı təsdiq olunmuş və onun həyata keçirilməsi üçün ölkəmizin bütün güşələrində əməli işlər aparılır. Azərbaycanın onillik müstəqil inkişaf yolunun təhlilinə həsr olunmuş elmi simpozium və konfranslar keçirilir, bu müddət ərzində əldə olunmuş nailiyyətləri əks etdirən sərgilər, kinofilmlər nümayiş etdirilir, çap məmulatı hazırlanır, müxtəlif kütləvi tədbirlər təşkil edilir. Bütün obyektiv çətinliklərə, bu və ya digər problemlərər baxmayaraq, tarixi baxımdan olduqca qısa bir müddət - on il ərzində xalqımızın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunub möhkəmləndirilməsi, demokratik hüquqi, dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin yaradılması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi sahələrində qazanılmış nailiyyətlər Azərbaycanın intensiv inkişaf dövrünə qədəm qoymasına imkan yaratmışdır. Bu gün qətiyyətlə demək olar ki, Azərbaycanda artıq sosial-iqtisadi inkişafı yeni mərhələsinin möhkəm təməli qoyulmuş və ölkəmiz müstəqil inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycan müstəqil dövlət kimi bütün dünyada tanınır və dünya birliyində öz layiqli yerini tutur. Müstəqilliyimiz sarsılmaz, dönməz xarakter almışdır.
Müstəqil inkişaf yolunda atılmış hər bir uğurlu addım, əldə edilmiş hər bir qələbə xalqımızı azad, müstəqil Azərbaycanın xəşbəxt gələcəyinə dərin nikbinlik və böyük inamla baxmağa rühlandırır, yeni güc, qüvvət verir. Azərbaycan Respublikasının hər bir uğuru dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və ixtiralar hissi doğurur. Bütün dünya azərbaycanlıların əcdadlarının məskəni, tarixi vətəni olan Azərbaycan soydaşlarımızın daim diqqət mərkəzindədir. Ölkəmizin inkişaf və tərəqqi yolundakı nailiyyətlərində dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində Azərbaycan almalını daşıyan bütün həmvətənlərimizin də öz payı vardır. Müstəqil Azərbaycan Respublikası dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımıza doğma atalıq duyğuları bəsləyir, öz övladlıq borclarını layiqincə yerinə yetirə bilmələri üçün onlara lazımi imkanların yaradılmasına səy göstərir. Dünya Azərbaycanlılarının Qurultayı - Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir.
Dünya Azərbaycanlılarının Qurultayının çağırılması ilə bağlı ilk təşəbbüs 1992-ci ildə olmuşdur. "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1992-ci il tarixli, 255 nömrəli Sərəncamına əsasən Bakıda dünya azərbaycanlılarının qurultayının çağırılması qərara alınmışdır.
Həmin Sərəncamla Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır"Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün yaradılmış təşkilat komitəsinin tərkibinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 1993-cü il tarixli, 293 nömrəli Sərəncamına əsasən Təşkilat Komitəsinin tərkibinə əlavələr edilmişdir. Lakin qurultay baş tutmamışdır. Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 725 nömrəli Sərəncamına əsasən "Dünya azərbaycanlılarının qurultayının çağırılması haqqında" 24 dekabr 1992-ci il tarixli, 255 nömrəli və "Dünya azərbaycanlılarının qurultayını keçirmək üçün yaradılmış Təşkilat Komitəsinin tərkibinə əlavələr edilməsi haqqında" 30 yanvar 1993-cü il tarixli, 293 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilmişdir.
Dünya Azərbaycanlılarının ilk Qurultayı "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir.
Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir.
İştirakçılar
Qurultayda 36 xarici ölkədə yaşayan azərbaycanlıların cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatdan 403 nümayəndə və 63 qonaq iştirak etmişdir
Qəbul olunan sənədlər
Dünya Azərbaycanlılarının I Qurultayında 5 sənəd qəbul olunmuşdur:
* "Dünya azərbaycanlılarının I Qurultayının qətnaməsi"
* "Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin bütün dünya azərbaycanlılarına müraciəti"
* "Dünya Azərbaycanlılarının I Qurultayı iştirakçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti"
* "Dünya azərbaycanlılarının I qurultayının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə müraciəti"
* "Dünya azərbaycanlılarının I qurultayı nümayəndələrinin 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş qanlı terror hadisələri ilə bağlı Amerika xalqına müraciəti"
BAKİ02013
Документ
Категория
Без категории
Просмотров
28
Размер файла
42 Кб
Теги
1/--страниц
Пожаловаться на содержимое документа