close

Вход

Забыли?

вход по аккаунту

?

Plan

код для вставкиСкачать
 "AZƏRBAYCAN HAVA YOLLARI" QAPALI SƏHMDAR CƏMİYYƏTİ
MİLLİ AVİASİYA AKADEMİYASI
REFERAT
FAKÜLTƏ: İXTİSAS: QRUP: TƏLƏBƏ: MÜƏLLİM: FƏNN: BAKI - 2009
Plan.
1. Qısa faktlar
2. Cənubi Amerika haqqında
3. İqlimi
4. Təbii Zonaları və Daxili suları
5. Ölkə və Şəhərləri
6. Ekoloji vəziyyəti 1. Qısa faktlar Ərazisi: 17 819 000
Əhalisi: 331 000 000
Müstəqil dövlətləri: 12
Əhalisi sıx olan ölkələr: Braziliya - 162 100 000
Argentina - 36 000 000
Böyük şəhərləri: San-Paulo (Braziliya) - 15 784 888
Rio-De-Janero (Braziliya) - 10 489 000
Buenos-Ayres (Argentina) - 9 968 000
Hündür Dağları: Akonqaqua (Argentina) - 6960 m
Oxos-Del-Salado (Argentina-çili) - 6908 m
Böyük çayları:
Amazonka - 6437 km
Parana - 4500 km
Madeyra - 3200 km
San-Fransisko - 3199 km
Əsas ixtisaslaşma sahəsi: Kofe istehsalatı
Kakao istehsalatı
Meşə sənayesi
Neft sənayesi
Kənd təsərrüfatı
Dağ-Mədən sənayesi
Ucqar nöqtələri:
Şimalda - Qalinas burnu (Kolumbiya)
Cənubda - Frourd burnu (Çili)
Qərbdə - Parinyas burnu (Peru)
Şərqdə - Kabu-Branku burnu (Braziliya)
2. Cənubi Amerika haqqında
Böyük coğrafi kəşflər dövründə Hindistana su yolu tapmaq arzusu avropalıların Amerika qitəsinin, "Yeni dünyanın" kəşf olunması ilə nəticələndi. Materikin öyrənilməsində Xristafor Kolumbun, Ameriqo Vespuççinin böyük xidmətləri olmuşdur. 1492-ci ildə Xristafor Kolumb Amerikanı kəşf etdi. Lakin bu quruya Kolumbun adı deyil, digər səyyahın - Ameriqo Vespuççinin adı verildi. O, ilk dəfə yeni torpaq tapdığını söylədiyinə görə bu qitə onun şərəfinə Amerika adlandırılır. X.Kolumbun ekspedisiyalarının nəticələri məlum olandan sonra tezliklə Cənubi Amerika ispanlar və portuqaliyalılar tərəfindən məskunlaşdırılaraq, onların müstəmləkəsinə çevrildi. Bundan başqa materikin təbiətinin öyrənilməsi məqsədilə alman səyyahı Aleksandr Humbolt və Bonplan tədqiqatlar aparmışdır. A.Humboltun ekspedisiyalarının elmi nəticələri o qədər böyük əhəmiyyətə malik olmuşdur ki, onu ikinci Kolumb adlandırırlar. O, materikin ilk geoloji xəritəsini tərtib etmiş, qərb hissəsindəki cərəyanların təsvirini vermiş və And dağlarının şaquli qurşaqlığını öyrənmişdir.
Cənubi Amerika fiziki-coğrafi xüsusiyyətlərinin bir çox cəhətlərinə görə başqa materiklərdən fərqlənir. Onun ərazisində dünyanın ən bol sulu çayı, ən böyük çay sistemi, dünyanın ən uzun dağ sistemi, ən hündür vulkanı, ən hündür şəlaləsi, Ən hündür dağ gölü yerləşir. Cənubi Amerika dünyanın ən rütubətli və ən çox yaşıl kütləsi olan materikdir. Onu əhatə edən okeanlarda materik dayazlığı yox dərəcəsindədir.
Cənubi Amerika öz formasına görə üçbucağı xatırladır. Materik sahil xətlərinin sadəliyi ilə seçilir. Onun sahillərində demək olar ki, iri ada, yarımada və körfəzlər yoxdur. Materikin Şərq hissəsi düzənlik, qərb hissəsi dağlıqdır. And dağları Sakit okean və Cənubi Amerika tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. C. Amerikanın şərq hissəsində, platformanın qalxan sahələrində - Braziliya və Qviana yaylası, çökən hissələrində - Orinoko, Amazon, Laplata ovalıqları yerləşir. Braziliya və Qviana yaylaları dərin çay dərələri ilə parçalanmış, geniş ərazini əhatə edir, Ovalıqlar isə səthinin hamar olması, çökmə süxurlarla örtülməsi, dayaz və geniş çay dərələrinə malik olması ilə seçilir. Materikdə dəniz manqan, nikel yataqları, boksit, qızıl çoxdur. Çökmə süxurlarda neft, qaz, daş kömür var. And dağları əlvan, nadir metallarla zəngindir. Maqmanın çökmə süxurlarının içərisinə keçməsi nəticəsində mis, qalay, molibden, gümüş və s. yataqları əmələ gəlmişdir. And - İnklərin dilində "mis dağları" deməkdi.
Cənubi Amerikanın ən hündür nöqtəsi And dağlarında - Akonqaqua zirvəsidir (6960 m). Ən alçaq sahəsi isə - Valdes yarımadasıdır (-40 m).
And dağlarında tektonik hərəkətlər müasir dövrdə də davam edir. Tez-tez zəlzələlərin baş verməsi, vulkanların püskürməsi müşahidə olunur. Burada çoxlu sönmüş və fəaliyyətdə olan vulkanlar var. Kotopaxi, Ruis, San-Pedro və s. fəaliyyətdə olan vulkanlardandır. Həmçinin dünyanın ən hündür vulkanı hesab olunan - Lyulya (6723 m) Çili-Argentina And dağlarında yerləşir. Şeyba, qobun ağacı, kauçuk gəvən(heveya) ağacı, kakao ağacı, kinə ağacı bu materikə aiddir. Əksər bitki növləri, məhsuldar torpaqlar, qiymətli yuna və xəz-dəriyə malik heyvanlar mühüm təsərrüfat əhəmiyyətinə malikdir. Burada eynəkli ayı, kondor qartalı, şinşilla, lama, su donuzu (kapibara) və s. heyvanlar bu materikə aiddir.
Mədəni bitkilərdən - qarğıdalı, kartof, pomidorun vətəni Cənubi Amerikadır.
3. İqlimi
Cənubi Amerikanın iqlimi şimali Amerikanını iqlimindən kəskin fərqlənir. Materikin şimal hissəsi cənub hissəsinə nisbətən daha geniş ərazi tutur. Bu hissə isti qurşaqda, ekvatorial və subekvatorial qurşaqlarında yerləşdiyi üçün bura yağıntı çox düşür. Buna görə də, Cənubi Amerika dünyanın ən rütubətli materikidir. Ərazinin çox böyük hissəsində illik yağıntıların miqdarı 1000 mm-dən çox olsa da, bəzi yerlərində bu əmsal 250 mm-ə qədər düşür. Ətraf okeanlara nisbətən burada alçaq təzyiq yaranır. Bu səbəbdən şimal və cənub kürələrinin passat küləkləri bura Atlantik okeanından çox rütubət gətirir və tropik qurşaqda iqlim cənub/şərq passatlarının təsiri altında formalaşır. Bu küləklər Braziliya yaylasının külək döyən yamaclarına çoxlu yağıntı gətirir. Materikin şərqində hava kütlələrinin qarşısını kəsən hündür dağlar olmadığından onlar geniş ərazilərə yayılır, bol yağıntı verir. Lakin materikin qərb hissəsində bu soyuq küləklər Peru cərəyanının təsiri ilə daha da soyuyur və yağıntı vermir. Bunun nəticəsində Atakama səhrası yaranmışdır. Materikin ensiz cənub qurtaracağı isə bütün il boyu qərb küləklərinin təsiri altında qalır. Mülayim enliklər dəniz hava kütlələrinin təsirinə məruz qaldığı üçün Cənubi And dağlarının yamaclarına da bol yağıntı düşür. Ancaq şərq sahilboyu ərazilərində isə az yağıntı müşahidə olunur. And dağlarının materikin qərb və şərq hissələrində yağıntıların paylanmasına böyük təsir göstərdiyi üçün onu Cənubi Amerikanın "iqlim ayırıcısı" adlandırırlar. Coğrafi mövqeyi ilə əlaqədar Cənubi Amerikanın ərazisinə böyük miqdarda günəş radiasiyası düşür. Nəticədə demək olar ki, hündür dağlardan başqa bütün materik ərazisində temperatur müsbətdir. Günəş istisinin ən çox miqdarı yanvar ayında günəşin cənub tropiki üzərində zenitdə olması vaxt müşahidə olunur. Yanvar ayının orta temperatura burada +24 dərəcəyə çatır. Ekvatora yaxınlaşdıqca günəşin düşmə bucağı çoxaldığından materikin şimal rayonlarında iyul ayının orta temperaturu +24 dərəcə, materikin orta hissəsində +16 dərəcə, cənub hissəsində isə +8 dərəcədir. Ümumilikdə isə materikin çox böyük hissəsində orta aylıq temperatur +20, +28 dərəcədir. Lakin cənubdan gələn soyuq hava axınları bəzən də temperaturun düşməsinə səbəb olur. Bu zaman Pataqoniyada bəzən -35 dərəcəyə qədər şaxtalar müşahidə olunur.
Cənubi Amerikada iqlim qurşaqları ekvatordan cənuba doğru bir-birini əvəz edir. Lakin subekvatorial iqlim qurşağı materikin həm ekvatordan şimaldakı həmdə cənubi hissəsindəki ərazilərində vardır. Materikin qərb hissəsində dəniz iqlimi, şərq hissəsində isə mülayim kontinental iqlim hakimdir. Bu hissə Antaraktidanın təsirinə məruz qalır. Cənubi Amerikanın iqliminə Atlantik okeanı Sakit okeana nisbətən daha çox təsir göstərir.
Materikdə ekvatorial qurşaq Amazon ovalığının çox hissəsini əhatə edir. İl boyu burada isti və rütubətli hava hakimdir. İlin fəsilləri müşahidə olunmur. Subekvatorial qurşaq ekvatordan şimala və cənuba doğru geniş əraziləri əhatə edir. Yayda ekvatorial hava kütlələrinin hakim olduğu vaxt burada yağışlar başlayır. Qışda isə əraziyə quru küləklər daxil olur. Bu zaman yağıntılar azalır və quraqlıq dövrü başlayır. Tropik qurşaq subekvatorial qurşaqdan cənuba olan əraziləri əhatə edir. Materikin şərq hissəsi Atlantik okeanından gələn hava kütlələrinin təsiri altında olur. İl boyu isti və rütubətli hava şəraiti hakimdir. Bu ərazidə rütubətli tropik iqlim tipi yaranır. Sakit okeanı sahilləri və daxili hissələr üçün tropik səhra iqlim tipi səciyyəvidir. Burada il boyu quraqlıq olur. Peru soyuq cərəyanı üzərində yaranan duman və şeh yeganə rütubət mənbəyidir. Atakama səhrasında illərlə yağış yağmır. Tropik qurşaqda And dağlarının mərkəzi yaylasında iqlim sərtdir. Burada dünyanın ən quru, az məhsuldar yüksək dağlığı yerləşir. Ümumiyyətlə bura dünyanın ən quraq yerlərindən biri hesab olunur. Subtropik qurşağın iqlimi yayda tropik hava kütlələrinin təsiri altında formalaşır. Bu qurşaq üçün quru və isti havalar xarakterikdir. Qışda qərb küləkləri əraziyə okeandan mülayim və rütubətli hava gətirir. Bu səbəbdən də qurşaqda xeyli yağıntılar müşahidə olunur. Materikdə mülayim qurşaq ensiz cənub hissəni əhatə edir. Qərb küləklərinin il boyu gətirdiyi mülayim hava kütlələri bura üçündə xarakterikdir. Bu qurşaqda iki iqlim tipi ayrılır: Sakit okean sahilləri üçün dəniz iqlim tipi. Buranı hətta Cənubi Amerikanın nəmişli küncü də adlandırılar. Və qurşağın şərq hissəsində rütubətin azaldığı mülayim kontinental iqlim tipi mövcuddur. Materikdə yüksək dağ iqliminə də rast gəlinir. And dağları yüksək dağ iqliminin müxtəlifliyi ilə seçilir. Burada dağ iqlimi təkcə dağın ətəyindən zirvəsinə doğru deyil, eyni zamanda şimaldan cənuba doğru da dəyişir.
4. Təbii zonaları və Daxili suları.
Cənubi Amerika üzvi aləmin zənginliyi və özünəməxsus olması ilə başqa materiklərdən çox seçilir. İqliminin rütubətli olması burada meşələrin geniş, səhra və yarımsəhralarının isə az sahə tutmasına səbəb olmuşdur. Materikdə aşağıdakı təbii zonalar formalaşmışdır: 1. Rütubətli ekvatorial meşələr zonası
2. Fəsildən asılı olaraq yarpağını tökən meşələr zonası
3. Savannalar zonası
4. Çöl zonası
5. Səhra və yarımsəhra zonası
6. Cənubi Pataqoniyada yerləşmiş yarımsəhra zonası.
Ekvatorial meşələr zonasına materikdə ekvator xəttinin hər iki tərəfində rast gəlinir. Rütubətli ekvatorial meşələr burada selvas adlanır. Selvas yer kürəsinin sahəcə ən böyük meşə massividir. Qırmızı-sarı ferralit torpaqlarda yaranan, keçilməz həmişəyaşıl rütubətli meşələr dünyanın digər guşələrindəki ekvatorial meşələrdən bir qədər fərqlənir. Bu meşələr daha rütubətli və üzvi aləmlə çox zəngindir. Hündürlüyü 80 metrə çatan seyba ağacı, müxtəlif palmalar, heveya, kinə ağacı, kakao ağacı, müxtəlif növ lianalar selvasın xarakterik bitkiləridir. Amazon meşələrini hətta lianalar ölkəsi də adlandırırlar. Ekvatorial meşələrə xas olan heyvanlardan yaquarı, pumanı, tapiri, zirehdaşıyanı, qarışqayeyəni, nəhəng su ilanı anakondanı, ərincək və ilməquyruq meymunlarını misal göstərmək olar. Cənubi Amerikanı həmçinin quşlar materiki də adlandırmaq olar. Buna səbəb materikin müxtəlif növ quşlarla zəngin olmasıdır. Burada çoxsaylı tutuquşular, kolibri quşu, qartallar, kəpənəklər, böcək və digər həşaratlar vardır. Savanna zonası subekvatorial qurşaqda ekvatordan şimalda və cənubda geniş sahə tutur. Ekvatordan şimalda savannaları - Lyanos, cənubda isə kampos adlandırırlar. Lyanos ispan dilində düzənlik deməkdir, kampos isə portuqal dilində düzənlik deməkdir. Şimal hissəsindəki savannalarda ağaclar çoxdur. Burada hündürboylu otlar arasında palma və akasiyalar bitir. Cənub hissəsindəki savannalarda isə ağac bitkiləri azdır. Mərkəzi hissələrdə uzun müddət isti və quraq iqlim şəraitində tikanlı alçaqboylu ağaclar, kaktuslar bitir. Onların içərisində qabığından aşı maddəsi kimi istifadə edilən Kebraço ağacı daha məşhurdur. Savannaların heyvanat aləmi isə bir qədər kasıbdır. Çöldonuzu-pekar, kiçik maral, quşlardan isə nandu dəvəquşu və s. burada yaşayır. Çöl zonası ağac bitkiləri olmayan geniş bir sahəni tutur. Burada çöllər pampa adlanır. Pampa - ispan dilində ağac olmayan yer deməkdir. Rütubətli subtropik iqlim şəraitində məhsuldar qırmızı-sarı ferralit torpaqlarda ağ ot, yabanı darı və s. kimi bitkilər bitir. Cənuda doğru quraqlığın artması otlarında bərk və quraqlığa davamlı olmasına səbəb olur. Çöllərə xarakterik heyvanlardan pampa maralını, pampa pişiyini, nandu dəvəquşunu və s. bura aid etmək olar.
Səhra və yarımsəhralar zonası Sakit okean sahili boyu, And dağlarının ətəklərində ensiz zolaq şəklində səhra zonası uzanır. Səhra iqlimi yüksək enliliklərdən gələn soyuq hava kütlələrinin və soyuq Peru cərəyanının təsiri ilə yaranır. Dünyanın ən quraq yerlərindən biri olan atakama səhrası burada yerləşir. Cənubda, And dağlarının şərq hissəsində Pataqoniya yaylasında da yarımsəhra zonasına rast gəlinir. Burada yağıntıların azlığından və az məhsuldar boz, boz qonur torpaqların yayıldığı ərazilərdə ot bitkiləri və tikanlı kollar bitir.
Sululuğna görə də planetimizin ən bol sulu materiki, Cənubi Amerika materikidir. Buradakı çayların su sərfi dünya çaylarının orta su sərfindən iki dəfə çoxdur. Relyef və yağıntıların paylanması materikdə çay şəbəkəsinin sıxlığına, çayların qidalanmasına, çayların rejiminə və sululuğuna böyük təsir göstərir. And dağları materikin iqlim ayırıcısı olmaqla bərabər həmdə suayırıcısı sayılır. Sakit okean hövzəsinə aid olan çayları çox qısa olmaları ilə fərqlənir. Şimal və cənub hissədə daha çox olan bu çaylar gursulu və astanalıdırlar. Gəmiçilik üçün əlverişli olmasa da bu çayların böyük hidroenerji ehtiyatı vardır. Atlantik okeanı hövzəsi çayları isə materikin ərazisinin çox böyük hissəsini tutur. Şərq hissəsində geniş düzənliklərin yerləşməsi və bu əraziyə bol yağıntıların düşməsi iri çay sistemlərinin, Amazon, Orinoko, Parana və s. yaranmasına şərait yaratmışdır.
Amazon dünyanın ən böyük çay sistemidir. And dağlarının mərkəzindən başlayan bu çaya 500-dən artıq çay birləşir. Amazon çayı uzunluğuna görə Nil çayından geri qalsa da, sululuğuna görə dünyada birinci yerdədir. Bununla belə əgər Amazon çayının başlanğıcını Ukayali qolundan hesab edilərsə onda o dünyanın ən uzun çayı da hesab oluna bilər. Amazon çayının çoxlu bol sulu qolları vardır. Onların əksəriyyəti gəmiçilik üçün yararlıdır. Orta axarda Amazon çayının eni 5 km-ə, aşağı axarda isə 80 km-ə çatır. Çayın dərinliyi aşağı axarda 90 metrdir. Amazon çayının deltası yoxdur, səbəbi çayın okeana töküldüyü hissədən okean cərəyanının keçməsi və qabarma və çəkilmədir. Orinoko və Parananın rejimində mövsümilik hiss olunur. Parananın hövzəsində bataqlıqlar çoxdur. Anhel və İquasi şəlalələri bu materikdədir. Anhel şəlaləsi Orinokonun qolu Çurun çayı üzərində 1054 metr hündürlüyündən tökülür. Materikdə elədə böyük göllər yoxdur, ancaq müxtəlif mənşəli kiçik göllərin sayı çoxdur. Titikaka ən hündürdə yerləşən dağ gölüdür. Bu göl dəniz səviyyəsindən 3812 metr yüksəklikdə yerləşir. Dərinliyi 304 metrdir. Suyun temperaturu burada +11, +12 dərəcədən artıq olmur. Şimal hissəsində laqun mənşəli duzlu Marakaybo gölü yerləşir. Göl tektonik çökəklikdə yerləşmişdir. Karib dənizi ilə ensiz axarla birləşir. 5. Ölkə və Şəhərləri
Cənubi Amerikada olan dövlətlər inkişaf etməkdə olan ölkələr qrupuna aid edilirlər. Təbii sərvətlərlə zəngin olsalar da, müstəmləkə keçmişləri, digər ölkələr tərəfindən istismar olunmaları onların təsərrüfat cəhətdən inkişafını ləngitmişdir. Boliviya və Paraqvaydan savayı bütün ölkələrin dənizə çıxışı vardır. Hazırda materikdə 12 müstəqil dövlət: Kolumbiya, Peru, Venesuela, Ekvator, Boliviya, Çili, Argentina, Braziliya, Uruqvay, Paraqvay, Qayana, Surinam və Fransadan asılı 1 dövlət: Fransız Qvianası vardır. Böyük dövlətləri:
Braziliya
Braziliyanın ərazisi Cənubi Amerika materikinin demək olar ki yarısını əhatə edir. O sahəsinə görə dünyanın beşinci ən böyük dövlətidir.
Əsas Məlumatlar
Ərazisi: 8 511 965 km²
Əhalisi: 157 mln nəfər
Pul vahidi: Real
Dövlət dili: Portuqal
Paytaxtı: Brazilia. XX əsrin 50-ci illərində əsası qoyulmuş bu şəhər əsasən özünün futuristik arxitekturası ilə məşhurdur.
Coğrafi landşaftı: Braziliyanın 3 mln km²-dən çox ərazisi rütubətli tropik meşələrlə örtülmüşdür. Bura dünyanın ən böyük çay sistemi olan Amazon axır. Ən hündür dağı Piko-Da-Neblina-dır, 3014 metr. Əsas ixtisaslaşma sahəsi: Kofe istehsalatı, şəkər sənayesi, taxta emalı sənayesi, metallurgiya, qiymətli daşların çıxarılması.
Şəhər haqqında: Amazonun tropik cəngəlliklərində minlərlə müxtəlif növ heyvan və bitkilər yaşayır. Həmdə bura Cənubi-Amerikalı hindlilərin vətənidir. Ekoloqlar buranın meşəliklərinin qırılmasının qarşısını almaq üçün müxtəlif tədbirlər görürlər.
Argentina
Argentina qərbdən And dağları şərqdən isə Atlantik okeanı arasında olan ərazilərdə yerləşir. Əsas Məlumatlar
Ərazisi: 2 766 889 km²
Əhalisi: 35 mln nəfərdən çox
Pul vahidi: Peso
Dövlət dili: İspan
Paytaxtı: Buenos-Ayres, cənub yarıkürəsinin ən böyük şəhərlərindən biri. Əfsanəvi tanqonun vətəni məhz buradır.
Coğrafi landşaftı: Argentinada çox isti səhralara, dağlara və soyuq insan yaşayışı olmayan yerlərə rast gəlmək olar. Ən uzun çayı Paranadır, 4880 km. Ən hündür dağı - Akonqaqua 6960 m.
Əsas ixtisaslaşma sahəsi: Kənd təsərrüfatı, toxuculuq sənayesi, metallurgiya, kimya sənayesi.
Şəhər Haqqında: Şəhərdə tarixi yerlər, çimərlik kurortları və qoruqlar var. And dağlarında nadir kondor qartalları yaşayır.
Peru
Peru Cənubi Amerikanın Sakit okeanı sahilboyu ərazilərində yerləşir. And dağları bu şəhərin mərkəzindən keçir.
Əsas Məlumatlar
Ərazisi: 1 285 216 km²
Əhalisi: 24 mln nəfərdən çox
Pul vahidi: Yeni Sol
Dövlət dili: İspan və Keçua
Paytaxtı: Lima. Şəhərin əsasını 1535 ildə ispan istilaçısı Fransisco Pizzaro qoymuşdur. O Peruya əfsanəvi xəzinə axtarmağa gəlmiş və buranı XI əsrin əvvəllərində fəth etmişdir. Coğrafi landşaftı: Perunun landşaftı çox müxtəlifdir. Burada səhra da, dağ da, tropik meşələr də hansı ki, hələ indiyə kimi də tam öyrənilməmişdir. Amazon çayının mənbəyi Peru Andlarından başlayır. Ən hündür dağı Uaskarandır, 6768 metr. Ən uzun çayı isə Ukayalidir, 1465 metr.
Əsas ixtisaslaşmış sahəsi: Kənd təsərrüfatı, kofe istehsalatı, pambıq sənayesi, balıqçılıq, dağ-mədən sənayesi.
Şəhər haqqında: Əvvəllər bura idarə edən İnklər, burada möhtəşəm saraylar, qalalar və kilsələr, qızıldan hazırlanmış tavanlar tikmişlər. Şəhərin xarabalıqlarını indi də görmək olar. Venesuela
Venesuela Cənubi Amerikanın şimal hissəsini əhatə edir. Materikə ilk dəfə gələn Xristafor Kolumb, məhz bu ölkənin ərazisində gəmidən enmişdir.
Əsas Məlumatlar
Ərazisi: 912 050 km²
Əhalisi: 22 mln nəfərdən çox
Pul vahidi: Bolivar
Dövlət dili: İspan
Paytaxtı: Karakas. Burada Venesuelanın milli qəhrəmanı, Simon Bolivar dəfn edilmişdir. O Venesuelanı ispanların əsarəti altından çıxarmışdır. Bir çox Küçə və binalar onun şərəfinə adlandırılmışdır.
Coğrafi landşaftı: Şəhər dağlıq və düzənlik ərazilərdən ibarətdir. Düzənlik ərazilərdən biri Orinoko çayı dərəsidir. Bura sıx otlarla örtülü meşədir. Buranın şirin sulu çaylarında Amerika timsahlarına - Alligatorlara çox rast gəlinir. Şəhərin yüksək dağlıq əraziləri hələdə az mənimsənilib. Ən hündür dağı - Piko-Bolivardır,5007 metr. Ən uzun çayı Orinokodur, 2736 km.
Əsas ixtisaslaşmış sahəsi: Meyvə yetişdirilməsi, kofe istehsalatı, dağ-mədən sənayesi, turizm.
Şəhər haqqında: Venesuelanın Kanaima milli parkından möhtəşəm mənzərəni izləmək olar. Dünyanın ən hündür şəlaləsi olan, Anhel şəlaləsini (979 m) buradan izləmək üçün hər il buraya milyonlarla turist gəlir.
6. Ekoloji vəziyyəti
Cənubi Amerikanın ekologiyasına təsir edən bir çox amillər vardır. Bunlardan ən başlıcası kimi buradakı dövlətlərin sənaye sahələrinin yaxşı inkişaf etməsini göstərmək olar. Bundan başqa materikin ekologiyasına onun coğrafi mövqeyi, antropogen təsiri, nəqliyyat və s. də təsiri vardır. Coğrafi mövqeyi ilə əlaqədar əsasən materikin ərazisinə böyük miqdarda günəş radiasiyası düşməsi, su basmaları göstərmək olar. Bu da ətraf mühit, insanların və müxtəlif canlı varlıqların sağlamlığı üçün çox təhlükəlidir. Ən dəhşətli su basma burada 1962-ci ildə baş vermişdi. Bu su basma zamanı torpaqdakı orqanik cisimlərin ayrılması bu dayaz su hövzəsinin suyunu oksigendən məhrum etmiş və karroziyaya şərait yaradan güclü hidrogen sulfidinin ayrılması və üfunətli qazın ətrafa yayılması ilə nəticələndi.
Materikin ən böyük ekoloji problemi planetimizin ağ ciyərləri hesab olunan Amazon meşələrinin son zamanlar vəhşicəsinə qırılmasıdır. Qeyd etmək lazımdır ki, Amazon meşələri dünyanın oksigen ehtiyatlarının 30 %-ni təşkil edir. Bu dünyada ən böyük meşə massividir. Materikin daxili ərazilərinin mənimsənilməsi məqsədilə çəkilmiş Transamazon magistral yolu meşə sahəsinin xeyli hissəsinin qırılmasına səbəb olmuşdur. Bundan başqa Avropa və Amerikanın müxtəlif sənaye müəssisələrinin tələbatını ödəmək, digər faydalı qazıntıların çıxarılması və başqa məqsədlərlə qeyri-qanuni qırılan bu meşələr hazırda məhv olma təhlükəsi ilə üz-üzə qalıb. Ttanol neftdən daha təmiz yanacaq olsa da, onun Braziliyadakı geniş vüsət almış şəkər qamışı tarlalarında sürətlənən istehsalı torpağı tənəzzülə məruz qoyur və Amazon tropik meşələrini məhv edir. Braziliya artıq malik olduğu quru meşələrinin yarısını itirmişdir, təqribən 2030-cu ilədək isə onlar tamamilə yoxa çıxa bilər. Hesablamalara görə bu il Braziliyada doğranılan meşələrin sahəsi keçən ilə nisbətən iki dəfə çox, 760 km²-i əhatə edir. Torpaq sahibliyinə hücumlar və fermaların daha kiçik sahələrə bölünməsi bir çox ölkələrdə ətraf mühitə bərpa olunmayan ziyan vurur. Perudakı Ekvatorial meşələr və burada yaşayan qədim qəbilələr məhv olmaq təhlükəsi ilə üzləşib. Buna səbəb qanunsuz şəkildə meşə zolağının məhv edilməsidir. Ətraf mühit keşikçilərinin sözlərinə görə, buna səbəb ərazidə dövlət nəzarətinin zəif olmasıdır. Bu, Amazon çökəkliyində 100-ə yaxın qədim qəbilələrin həyatına da təsir edib. Onların müəyyən hissəsi qanunsuz odun qıranlar ucbatından qədim məskənlərini tərk etməli olub. Qeyd edək ki, Peruda son 6 ildə iqtisadi inkişaf tempi güclənsə də, əhalinin 40%-i yoxsulluq şəraitində yaşayır. Çilidə də vəziyyət acınacaqlıdır. Burada yaşayan Amazon əhalisi də meşələrin məhv edilməsinə qarşı çıxırlar. Etirazlara səbəb Perudakı kimi Çili hökumətinin də Amazon meşələrinin xarici enerji və mədən şirkətləri tərəfindən istifadə edilməsinə dair yeni çıxardığı qaydalardır. Bu qaydalarla razılaşmayan amazon əhalisi onların torpaqlarının əllərindən alınacağından, doğma yurdlarının və meşələrin məhv ediləcəyindən qorxurlar. Əgər bu meşələrin qırılmasının qarşısı vaxtında alınmazsa bu bizim gələcəyimiz üçün böyük təhlükələr yaradar.
Ədəbiyyat
1. T. Gərayzadə - "Coğrafiya" 9-cu sinif üçün dərslik
2. Школьная энциклопедия География Страны, Народы.
3. news.qaynar.info - saytı 12
Документ
Категория
Информационные технологии
Просмотров
22
Размер файла
92 Кб
Теги
1/--страниц
Пожаловаться на содержимое документа